Fransada dustaqlara narkotik vasitə ötürən həbsxana nəzarətçiləri saxlanılıb

Fransada dustaqlara narkotik vasitə ötürən həbsxana nəzarətçiləri saxlanılıb

Fransanın Sen və Marn departamentindəki həbsxananın 6 nəzarətçisi saxlanılıb. SİA xəbər verir ki, onlar dustaqlara narkotik vasitə, spirtli içki və mobil telefon ötürməkdə ittiham olunurlar. Şübhəli şəxslərin bəzi dustaqlarla 2022-ci ilin oktyabrından qanunsuz əlaqələr qurduğu müəyyən edilib. Onların əməlləri penitensiar xidmətə edilən şikayət nəticəsində üzə çıxıb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə