Somalidə prezident sarayının yaxınlığındakı otelə hücum edilib

Somalidə prezident sarayının yaxınlığındakı otelə hücum edilib

Somalinin paytaxtı Moqadişoda "Əş-Şəbab" radikal islamçı qruplaşmasının silahlıları prezident sarayının yaxınlığındakı otelə hücum ediblər. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində Somali Ədliyyə Nazirliyinin Baş direktoru, Nazirlər Kabinetinin nümayəndəsi və bir neçə parlament üzvü yaralanıb.

Məlumata görə, silahlılar otelin yaxınlığında avtomobili partladıb, daha sonra bina daxilində atışma başlayıb.

Hücum zamanı Somali polis bölməsinin rəisi və əsgərlərin də yaralandığı qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə