ABŞ Rusiyanın yeni regionlarında keçirilən seçkilərin legitimliyini tanımır

ABŞ Rusiyanın yeni regionlarında keçirilən seçkilərin legitimliyini tanımır

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Ağ Ev Donetsk və Luqansk Xalq Respublikalarında, Zaporojye və Xerson vilayətlərində, eləcə də Krımda keçiriləcək Rusiya prezident seçkilərinin legitimliyini tanımayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Miller bu barədə brifinq zamanı bildirib. Onun sözlərinə görə, ABŞ hakimiyyəti bu əraziləri Ukrayna ərazisi hesab edir. ...Birləşmiş Ştatlar Rusiya prezident seçkilərinin bir hissəsi kimi suveren Ukrayna ərazisində keçirilən bu uydurma səsvermənin legitimliyini və nəticələrini tanımır və heç vaxt da tanımayacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Departamentinin müşaviri Derek Çolletin ölkəyə girişini qadağan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə