Bolqarıstanda iki günlük matəm elan edildi

Bolqarıstanda iki günlük matəm elan edildi

Bolqarıstan hökuməti cümə axşamı 78 yaşında vəfat edən Bolqar Pravoslav Kilsəsinin Patriarxı, Sofiya Metropoliti Neofitinin xatirəsinə martın 15-i və 16-da iki günlük milli matəm elan edib. SİA xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Müqəddəs Sinod patriarxla vidalaşma mərasiminin martın 15-də Patriarxal Aleksandr Nevski Katedralında olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə