Rumıniya Rusiyadan Moskvaya çarlıq dövründə apardığı qızıl ehtiyatlarını qaytarmağı tələb edir. Cümə axşamı Avropa Parlamenti də müvafiq qətnamə qəbul edərək onun tələbinə qoşulub. Söhbət sikkə və külçə şəklində olan 90 tondan çox qızıldan gedir.
SİA-nın əldə etdiyi məlumata görə, Birinci Dünya Müharibəsi zamanı qızıl ehtiyatlarının təhlükəsizliyindən narahat olan Rumıniya hökuməti onu müvəqqəti saxlanmaq üçün Rusiyaya ötürülüb.
Amma Oktyabr inqilabından sonra bolşevik hökuməti rumınların qızılınin, necə deyərlər “dalından keçib” və 1918-ci ildə Rumıniya krallığı ilə diplomatik əlaqələri kəsdikdən sonra isə onları qaytarmaqdan imtina edib.
İkinci Dünya Müharibəsindən sonra qiymətli əşyaların bir hissəsi geri qaytarılsa da, lakin son illərdə Rumıniya qalanların geri qaytarılmasını istəyir.
Qeyd edək ki, Avropa Parlamenti öz qətnaməsində Rusiyanı qalan qızılı tam şəkildə qaytarmağa çağırır.
Bundan əlavə, Avropa Komissiyasını və Avropa Xarici Fəaliyyət Xidmətini Rumıniyanın milli irsinin bərpası məsələsini Avropa İttifaqı və Rusiya arasında münasibətləri tənzimləyən ikitərəfli diplomatik prioritetlərə daxil etməyə çağırır.
Yeri gəlmişkən, o vaxt Rusiyaya köçürülən Rumıniya qızılının dəqiq harada saxlandığı barədə dəqiq məlumat yoxdur, yalnız təsdiqlənməmiş versiyalar var.
RBC-nin məlumatına görə, bir versiyada deyilir ki, 1918-ci ilin yayında bolşeviklər Rumıniya qızılını Kazana göndəriblər, burada o, digər qiymətli əşyalarla, o cümlədən Rusiya imperiyasının özünün qızıl ehtiyatlarının qalıqları ilə birlikdə admiral Aleksandr Kolçakın əlinə keçib.
Xatırladaq ki, admiral 1920-ci ildə edam edildikdən sonra "Kolçak qızılı"nın bir hissəsi tapılmadı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB