...Şimali Koreya lideri Kim Çen In cümə axşamı KXDR ordusunun tank bölmələrinin təlimində iştirak edib.
SİA xəbər verir ki, KCNA dövlət agentliyinin məlumatına görə, təlimlərdə iştirak edən ali lider “dünyanın ən güclüsü” adlandırdığı yeni model tankı da idarə edib.
Bu təlimlər Kim Çen Inın son 11 gündə, yəni ABŞ və Cənubi Koreya arasında birgə hərbi təlimlər başlayandan bəri iştirak etdiyi üçüncü təlimdir.
Bu təlimlər cümə axşamı başa çatmalıdır. Təlimdə artilleriya, tank qoşunları, zirehli transportyorlar və aviasiya iştirak edir.
Qeyd edək ki, KXDR adətən Cənubi Koreya ordusu və müttəfiqlərinin təlimləri barədə mənfi danışır, onları özünə qarşı hücuma hazır olduqlarını bəyan edir.
Onu da qeyd edək ki, Şimali Koreya liderinin bu yaxınlarda iştirak etdiyi təlimlərin əvvəlki iki raundunda artilleriya və piyada qoşunları iştirak edib.
Şimali Koreya mətbuatının məlumatına görə, Kim Çen In təlimlər zamanı tank ekipajlarını “mənəviləri artırmağa” və “müharibəyə hazırlaşmağa” çağırıb.
Bundan əvvəl KXDR Müdafiə Nazirliyi Cənubi Koreyanı ABŞ-la birgə təlimlərə cavab olaraq hərbi tədbirlərlə hədələyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB