Rusiya iqtisadiyyatı prezident seçkilərinə yaxşı formada yaxınlaşır...

Qərbin əhalini Rusiya prezidenti Vladimir Putinə qarşı yönəltmək üçün tətbiq etdiyi sanksiyalar da, deyəsən, işə yaramayıb
Rusiya iqtisadiyyatı prezident seçkilərinə yaxşı formada yaxınlaşır...

...Bəzi uzunmüddətli problemlər yığılmaqda davam etsə də, amma buna baxmayaraq, Rusiya iqtisadi uğurları ilə öyünə bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qərbin əhalini Rusiya prezidenti Vladimir Putinə qarşı yönəltmək üçün tətbiq etdiyi sanksiyalar da, deyəsən işə yaramayıb.

Məsələ bundadır ki, martın 15-dən 17-dək keçiriləcək prezident seçkiləri ərəfəsində Rusiya iqtisadiyyatı ilə bağlı ictimaiyyətdə faktiki olaraq heç bir narazılıq yoxdur. Maaşlarda ikirəqəmli artım müşahidə olunur, rubl sabitləşib, yoxsulluq və işsizlik isə ən aşağı həddə çatıb. Son üç rüb ərzində ölkənin ən aşağı gəlirliləri arasında əmək haqqı əhalinin hər hansı digər təbəqəsinin maaşlarından daha sürətli artmışdır.

Rosstatın məlumatına görə, illik artım təxminən 20 faiz təşkil edib.

“Renaissance Capital” investisiya şirkətinin iqtisadçısı Sofya Donets, ictimai rəy sorğularında istehlakçıların çox optimist əhval-ruhiyyədə, yəni yaxşı formada seçkilərə yaxınlaşdıqlarını bildirib

...Rusiyadakı vəziyyət iqtisadi böhran vəziyyətində olduğu kimi deyil!

Yeri gəlmişkən, Kreml üçün iqtisadi narahatlığın əsas və daimi mənbəyi rusların gəlirlərini yeyən sürətli qiymət artımı olaraq qalır. Amma bu tendensiya davam etsə də, maaşlar daha da sürətlə artır. Bu, böyük dövlət xərcləri və işçi qüvvəsinin çatışmazlığı ilə bağlıdır.

...Rusiyalıların xeyli hissəsi üçün münaqişə sosial və iqtisadi mobillik üçün əvvəllər ağlasığmaz perspektivlər açıb. Bəziləri yeni biznes qurmağa müvəffəq oldular.

Qeyd edək ki, bunu Sosial Foresight Group-un sosioloqu Anna Kuleşova bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə