...Rusiyanın bu rejimdən azad edilməsi mərhələlərlə baş verə bilər - məsələn, Kursk bölgəsindən başlayaraq “hissə-hissə”...
SİA-nın əldə etdiyi məlumata görə, bunu Kanal 24-ə müsahibəsində Rusiya Azadlıq legionunun könüllüsü Aleksey Baranovski deyib.
Onun dediyinə görə, hadisələrin bu cür inkişafı istisna deyil. Ola bilsin ki, bu, bəlkə də bu günün məsələsi deyil, lakin gələcəkdə Rusiya ərazisində çox ciddi inqilabi proseslər başlayacaq. Və bunun nəticəsində regionlar azadlıq əldə edəcəklər. Özü də hissə-hissə. Bu mütləq baş verəcək.
Qeyd edək ki, Baranovski bunu müstəqil “Kursk Xalq Respublikası”nın tezliklə elan edilməsi ilə bağlı yumoristik suala cavab verərkən deyib.
O, qeyd edib ki, indi Rusiyadakı mövcud rejimi tamamilə işğalçı hesab etmək olar, çünki Vladimir Putin uzun müddət dövlət hakimiyyətini qəsb edib və o, 2020-ci ildə də ömürlük “taxtda” qalmasını rəsmiləşdirmək üçün konstitusiya çevrilişi həyata keçirib.
Eyni zamanda, könüllü qeyd edib ki, Rusiya ordusu, hətta öz ərazisində belə, Ukraynada nümayış etdirdikləri işğalçı kimi davranır.
...Onlar elə bilirlər ki, biz filan küçədəyik və dərhal həmən əraziyə atəş açmağa başlayırlar. Təbii ki, bu zaman sadə vətəndaşların yaşayış binaları hücuma məruz qalır. Əslində onlar bu davranışı Ukraynada həyata keçirməklə öyrəniblər.
...Bunu da Ukrayna tərəfdə Rusiyaya qarşı döyüşən rusiyalı Baranovski deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB