Qərb faktiki olaraq artıq Rusiyaya qarşı müharibə aparır

Qərb faktiki olaraq artıq Rusiyaya qarşı müharibə aparır

Qərb hazırda Ukraynada Rusiyaya qarşı faktiki müharibə aparır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov Live” telekanalına eksklüziv müsahibəsində deyib.

O, aparıcının Qərbin son hərəkətlərinə görə Rusiya Federasiyasına müharibə elan etməsi ilə bağlı iradını şərh edib.

...Bu, artıq aparılır.

NATO ilə birbaşa toqquşmanın qaçılmazlığı ilə bağlı sualı cavablandıran nazir bildirib ki, alyansın planlarından xəbəri yoxdur.

...Ancaq görünür, onlar ya almanlar kimi hiyləgər olacaqlar: “biz uzaqdan Rusiya şəhərlərinə ölümcül silahlar yönəldəcəyik”, ya da deyəcəklər ki, bunlar sadəcə olaraq oturub ukraynalıların nə etdiklərini izləyən təlimatçılardır”.

Rusiya XİN rəhbərinin sözlərinə görə, hazırda Qərbin planlarının alt-üst olması səbəbindən onunla çılğınlıq yaranıb.

...Cəbhədə işlər nə qədər pis olarsa, Qərb bir o qədər çılğın şəkildə danışmağa başlayır: deyirlər ki, bizim Ukraynanın uduzmasına, Rusiyanın isə qalib gəlməsinə imkan verməyə haqqımız yoxdur.

Bunu deyən nazir qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü ilə bağlı açıqlama verməzdən bir neçə həftə əvvəl NATO üzvlərini bu mövzuda razı salıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə