Peskov Litva prezidentinə tövsiyə edib...

O, Gitanasa Putinə “hörmət etməyi və qulaq asmağı” məsləhət bilib...
Peskov Litva prezidentinə tövsiyə edib...

...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litva prezidenti Gitanas Nauseda jurnalistlərin Aleksey Navalnının silahdaşı Leonid Volkova hücumla bağlı sualından sonra Vladimir Putinə “hörmət etməyi və qulaq asmağı” tövsiyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, Kreml nümayəndəsinin sözlərini “Kommersant” sitat gətirir.

Peskovun sözlərinə görə, Putindən qorxmaq lazım deyil. Prezidentin mətbuat katibi əlavə şərh verməkdən imtina edib. Xatırladaq ki, martın 13-də naməlum şəxslər Leonid Volkovun Litva paytaxtının ətrafındakı evinin yaxınlığında ona hücum ediblər.

Siyasətçi çəkiclə şiddətli şəkildə döyülüb və qolu sınıb. Daha sonra Litva prezidenti Gitanas Nauseda deyib ki, onun ölkəsində “heç kim Putindən qorxmur”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə