Bolqarıstan Ukraynaya zirehli transportyorları olan qatar göndərib

Bolqarıstan Ukraynaya zirehli transportyorları olan qatar göndərib

BTR-60-la yüklənmiş 30 vaqondan ibarət ilk qatar Ukraynaya yola salınıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Bolqarıstanın istefada olan müdafiə naziri Todor Taqarev brifinqdə bildirib.

Onun sözlərinə görə, qatar martın 7-də yola salınıb. Əməliyyata 240 hərbçi cəlb olunub. Taqayev, Bolqarıstan tərəfinin daşıma xərclərinin 170 min levi (8,7 milyon rubl) ötdüyünü deyib.

Xatırladaq ki, Bolqarıstanda 2023-cü il ərzində hərbi yardım paketlərindən birinə respublikanın Daxili İşlər Nazirliyinin vəsaiti hesabına sıradan çıxarılan 100 zirehli transportyorun daxil edilməsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında hakim çoxluq prezidentin avadanlıqların tədarükü ilə bağlı vetosunu rədd etdi. 2024-cü il yanvarın 24-də hərbi texnikanın daşınması əmri verilib, beş gün sonra, yanvarın 29-da isə maşınların göndərilməsi əməliyyatına başlanılıb. Göndərmə ilə bağlı məlumat mediada yalnız fevralın 3-də çıxmağa başladı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə