Moskva - Sankt-Peterburq yüksəksürətli dəmir yolu tikilir...

Moskva - Sankt-Peterburq yüksəksürətli dəmir yolu tikilir...

Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Moskva - Sankt-Peterburq yüksəksürətli dəmir yolunun, eləcə də Leninqrad Atom Elektrik Stansiyasının yeddinci enerji blokunun tikintilərinə başlandığını deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq xəbər Kremlin rəsmi portalında yer alıb.

Dövlət başçısı qeyd edib ki, hər iki layihə irimiqyaslı iqtisadi layihələrdir. Yüksək sürətli xətt və enerji bloku Moskva və Sankt-Peterburq üçün vacibdir, -deyən Putinin sözlərinə görə, bu layihələrin inşası ölkənin infrastruktur, texnologiya və enerji sektorunda olan tələblərdən irəli gəlir.

Prezident, eyni zamanda, yüksəksürətli xətlərin və atom enerji bloklarının işlənib hazırlanmasında əsasən yerli istehsal, eləcə də avadanlıqlardan istifadə olunduğunu vurğulayıb. Xatırladaq ki, Moskva - Sankt-Peterburq yüksəksürətli dəmir yolu Tver və Novqorod vilayətlərinin ərazisindən də keçəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə