“Kadırovçular” artıq qaçıb aradan çıxıblar...

Rusiya könüllüləri Belqorod vilayətindəki vəziyyət haqqında danışıblar
“Kadırovçular” artıq qaçıb aradan çıxıblar...

"Kadırovçular" və “Espanyol” qrupunun yaraqlıları Rusiya könüllü birləşmələri ilə birbaşa toqquşmalardan yayınaraq qaçıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Azadlıq Legionunun nümayəndəsi Aleksey Baranovski “Kanal 24”-ə müsahibəsində bildirib.

...Təəccüblü deyil ki, Kadırovun adamları heç vaxt havanın isti olduğu yerdə görünmürlər.

Qeyd edək ki, Baranovski Kadırovun adamlarının Belqoroddan qəfil qaçması ilə bağlı məlumatı şərh edərkən deyib.

...Onun sözlərinə görə, rus futbol azarkeşlərindən ibarət və açıq nasist ideologiyası ilə tanınan “Espanyol”un Rusiya bölməsi də az “maraqlıdır”. “Onlar internetdə həm legiona, həm də Rusiya Könüllülər Korpusuna qarşı çox aqressiv şəkildə çıxış edirlər. Ancaq nədənsə görüş yerinə gəlməyə qorxurlar. Bilirsiniz ki, həm Rusiya Könüllülər Korpusunda, həm də legionda da futbol klublarından adamlar var. Lakin Putinistlərin özləri bu çağırışa qalxmağa tələsmirlər.

Baranovski bildirib bunu.

O, Rusiyanın sərhədyanı rayonlarındakı hazırkı vəziyyətdən danışaraq qeyd edib ki, Kursk vilayətinin Tetkino kəndi indi hər kəsin ağzında olan hökumət qüvvələri ilə qarşıdurma nöqtələrindən yalnız biridir.

...İndi diqqət Kurskaya yönəlib, çünki bu onlar, yəni rus rəhbərliyi üçün "yeni şeydir". Amma Belqorod vilayətində, həm də sərhədyanı kəndlərdə vəziyyət daha çox gərgindir. Ən azı 3-5 yaşayış məntəqəsi var ki, orada aktiv döyüşlər gedir. Ümumiyyətlə, boz zona hazırda Rusiya-Ukrayna sərhədindən xeyli dərəcədə Rusiya ərazisinə doğru irəliləyib.

Bunu da Baranovski bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə