Qeert Vilders baş naziri postu uğrunda mübarizəni dayandırıb

Qeert Vilders baş naziri postu uğrunda mübarizəni dayandırıb

İfrat sağçı populist və Azadlıq Partiyasının lideri Qeert Vilders öz koalisiyasından kifayət qədər dəstək ala bilmədiyi üçün Hollandiyanın baş naziri postu uğrunda mübarizə aparmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

Vildersin sözlərinə görə, o, yalnız bütün koalisiya partiyaları onun namizədliyini dəstəklədiyi təqdirdə hökumət başçısı ola bilərdi. Lakin bu baş vermədiyindən o, artıq baş nazir postu uğrunda mübarizə aparmağı planlaşdırmır.

Eyni zamanda, populist siyasi karyerasını davam etdirəcəyini və ölkə parlamentində sağçıların daha geniş təmsil olunmasına çalışacağını əmin edib.

Onun fikrincə, Hollandiyaya ilk növbədə öz vətəndaşlarını, onların rifahını düşünən, Ukrayna, miqrantlar və ya Avropa Birliyini narahat etməyən siyasətçilər lazımdır.

Qeyd edək ki, Vilders deputatların əksəriyyətinin cəmiyyətin inkişafı ilə bağlı fikirlərini bölüşəcəyi bir vaxtda baş nazir olacağına söz verib.

Bundan əvvəl Ukrayna və Hollandiya təhlükəsizlik sazişi imzalayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə