Anqolada 50 nəfər cadugərlik testi mayesi içərək ölüb

Anqolada 50 nəfər cadugərlik testi mayesi içərək ölüb

Anqolada cadugərlikdə günahlandırılan 50-dən çox adam yerli inancların qaranlıq qüvvələri ilə ünsiyyət üçün sınaq olduğunu söylədiyi maye içməyə məcbur edildikdən sonra ölüblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Frans Press” agentliyi polis və yerli hakimiyyət orqanlarına istinadən yayıb.

Beləliklə, ölkənin Camakupa bələdiyyəsinin əməkdaşı Luzia Filemone, “...50-dən çox insan sirli maye içməyə məcbur edilib, icma ağsaqqallarına görə, bu, bir insanın cadu ilə məşğul olub-olmadığını göstərə bilər" –deyə bildirib.

Öz növbəsində yerli polis rəisi Antonio Samba bildirib ki, son iki ayda bu mayenin içilməsi nəticəsində ölənlərin sayı 30-dan 50-yə yüksəlib.

Qeyd edək ki, Anqolada cadugərlik edənləri mühakimə edən qanun yoxdur. Bununla belə, kənd əhalisi arasında bütün cəmiyyətə bədbəxtlik gətirməyə qadir olan sehrbazlara inam geniş yayılmışdır. Nəticədə, qaranlıq qüvvələrlə təmasda olmaqdan şübhələnən insanlar “mbulunqo” kimi tanınan xüsusi bitki dəmləməsini içməyə məcbur olurlar. Rəvayətə görə, əgər insan onu içdikdən sonra ölürsə, bu, onun sehrlə məşğul olduğunu sübut edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə