Rusiya pasportu alan taciklər...Belarusa qaçıblar

Rusiya pasportu alan taciklər...Belarusa qaçıblar

Bu arada Belarusun təhlükəsizlik qüvvələri Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmətdən yayındığı üçün Rusiya pasportuna malik Tacikistan vətəndaşını saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Moskovski Komsomolets” qəzeti Rusiya İstintaq Komitəsinə istinadən yayıb.

Belə ki, Tacikistanın iki yerli sakini 2019 və 2022-ci illərdə Rusiya vətəndaşlığını qəbul edib, sonra isə məcburi hərbi xidmətə çağırılıblar.

Təbii ki, bunun onların ürəyincə olmadığını düşünən taciklər orduya getməyib gizlənməyə çalışıblar.

Və beləliklə, 2023-cü ilin oktyabrında onlara qarşı cinayət işi açılıb, daha sonra onlara qiyabi ittiham irəli sürülüb və həbs ediliblər.

Müstəntiqlər həmin şəxslərin Belarusda olduğunu müəyyən ediblər. Onlardan biri ötən gün saxlanılıb. Dindirilmə zamanı o, təqsirini tam etiraf edib. Cinayət işində iştirak edən ikinci şəxs hələ də axtarışdadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə