İndoneziyada 6 bal gücündə zəlzələ oldu

İndoneziyada 6 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində Molukka dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 451 min insanın yaşadığı Manado şəhərindən (Sulavesi adası) 199 kilometr cənub-şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə