Kaliforniyada Federal Təhqiqatlar Bürosunun (FTB) təlim mərkəzində baş verən partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Telekanalın məlumatına görə, partlayış Orinc dairəsində istehkamçıların və xüsusi təyinatlıların birgə təlimi zamanı baş verib.
FTB baş verənlərin təfərrüatlarını araşdırır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB