Hə, indi Makronun deməsi ilə deyil ki...

Fransa ordunun Makronun fikirlərini dəstəkləmədiyini bildirib
Hə, indi Makronun deməsi ilə deyil ki...

...Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronun Ukraynaya mümkün qüvvələr göndərilməsi ilə bağlı bəyanatına ölkə hərbi qulluqçularının reaksiyası ilə bağlı məqaləni yüksək qiymətləndirib.

Avropa Parlamentinə seçkilərə namizəd “X” sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, Fransa əsgərləri Ukraynadakı münaqişəyə cəlb olunmaları ilə bağlı dövlət başçısının fikrini bölüşmürlər.

...Fransa ordusu Rusiya ilə müharibə məsələsində Makronun arxasınca getmir

SİA-nın əldə etdiyi məlumata görə, bunu siyasətçi yazıb və bir daha Fransa prezidentini “dəli” adlandırıb.

Makron bloklanmalıdır!

Bunu da Filippo əlavə edib

Qeyd edək ki, o, Ukrayna ilə hərbi müqaviləyə də qarşı çıxıb. Onun fikrincə, belə bir sənəd Fransanı dağılmağa və müharibəyə aparır.

Fransanın “Marianne” nəşri yazır ki, ölkə hərbçiləri Makronun fikirlərini əsassız hesab edib və ondan təəccübləniblər.

Xatırladaq ki, bundan bir müddət əvvəl Filippo Fransa liderini “NATO-nun çılğın kuklası” adlandırmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə