Avropa Parlamentinin deputatları çərşənbə günü, martın 13-də keçirilən iclasda Avropa İttifaqı ilə Ermənistan arasında münasibətləri gücləndirməyə çağıran qətnamə qəbul edib, həmçinin İrəvanı Avropa İttifaqına namizəd olmaq üçün ərizə vermək barədə düşünməyə də dəvət ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
Avropa Parlamenti hesab edir ki, əgər respublika öz demokratiyasını gücləndirən ardıcıl islahatlar yolu ilə davam etsə, o zaman Avropa İttifaqı ilə münasibətlərdə transformasiya üçün zəmin hazırlaya biləcək.
Parlamentarilər Avropa Komissiyasını və Avropa ittifaqı Şurasını erməni tərəfinin ittifaqla təkcə iqtisadi tərəfdaşlıq sahəsində deyil, həm də siyasi dialoq, insanlar arasında təmaslar, sektoral inteqrasiya və təhlükəsizlik sahəsində əməkdaşlıq istəyini fəal dəstəkləməyə çağırıblar.
Eyni zamanda, Avropa Parlamenti qeyd edib ki, Rusiyanın Ermənistan iqtisadiyyatına hələ də ciddi təsiri var. Bununla bağlı İrəvan “sanksiyalardan yayınma ehtimalı ilə bağlı sayıq olmalıdır”.
Deputatlar Moskvanın “Ermənistanı müstəqil siyasi və strateji seçiminə görə” cəzalandırmağa cəhd edə biləcəyinə də diqqət çəkiblər. Onlar əlavə ediblər ki, bu halda Avropa İttifaqı respublikaya yardım edəcək.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, ölkə ona təqdim edilən yeni imkanları fəal şəkildə müzakirə edir. Xüsusilə, o, Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr aparıldığını açıqlayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB