Niyə o “Vaqner”dən Ukraynada olmasın..?

Niyə o “Vaqner”dən Ukraynada olmasın..?

Ukrayna Ali Radasına məhbusların hərbi xidmət müqabilində həbsdən azad edilməsini təklif edən qanun layihəsi daxil olub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru yerli KİV-lərə istinadən xəbər verir.

Qeyd olunur ki, qanun layihəsinin müəllifi “Xalqın xidmətçisi” partiyasının sədri Yelena Şulyak və eləcə də daha 13 partiya üzvləridir.

Məsələ bundadır ki, qanun layihəsinin dəqiq mətni hələ dərc edilməyib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi yarım milyon insanı səfərbər etmək planlarından danışmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə