Ukraynalıların 70 faizi elə ilk gündən döyüşdədirlər...

Ukraynalıların 70 faizi elə ilk gündən döyüşdədirlər...

...Bu gün Ukraynada əhalisnin 70 faizinin yaxınları arasında 24 fevral 2022-ci ildən başlayaraq cəbhədə döyüşənlər var.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələri sübut edir.

...Bütövlükdə Ukraynada 70 faizin tammiqyaslı işğalın başlamasından sonra Rusiya Federasiyasının silahlı təcavüzünü qəbul edən və ya müqavimət göstərən qohumları var. Qeyd edək ki, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə bu rəqəm 5 faiz artıb.

Onu da qeyd edək ki, Ukraynanın qərb hissəsində respondentlərin 76 faizinin genişmiqyaslı işğalın əvvəlindən döyüşmüş və ya döyüşən yaxın qohumları var.

Mərkəzi rayonlarda bu göstərici 72 faiz, cənub və şərq rayonlarında isə müvafiq olaraq 67 faiz və 57 faiz təşkil edir. Respondentlərin 55 faizi qeyd edib ki, onların qohumları və dostları arasında 2014-cü ildən 2021-ci ilə qədər Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edənlər var.

Həmçinin respondentlərin 41 faizi gələcəkdə özlərinin veteran ola biləcəyini, 53 faizi əks fikirdə olduğunu, daha 6 faizi cavab vermənin çətin olduğunu bildirib.

Ən tez-tez bu ehtimaldan qərb bölgələrinin sakinləri, 18-35 yaş arası kişilər, onların qohumları, dostları olan və hazırda döyüşən ukraynalılar danışırlar.

Yeri gəlmişkən, sorğu “Reytinq” sosioloji qrupu tərəfindən aparılıb və maliyyələşdirilib.

Tədqiqatın təşəbbüskarı Veteranlar İşləri Nazirliyinin Ukrayna Veteranlar Fondudur. Sorğu Ukraynanın mobil rabitəsi olmayan ərazilər istisna olmaqla, martın 2-dən martın 5-dək 18 yaşdan yuxarı 1000 respondent arasında keçirilib.

...Və seçmə xətası 3,1 faizdən çox deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə