Ukrayna tərəfi “cəbhədən xoş xəbə var” deyir...

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Ukrayna aviasiyası işğalçıların silahları, hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi yeddi əraziyə zərbələr endirib
Ukrayna tərəfi “cəbhədən xoş xəbə var” deyir...

...SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın Ukraynada itkiləri artıb. Belə ki, 24 saat ərzində Ukrayna raketləri rusların şəxsi heyətinin cəmləşdiyi ərazilərdən birini vurub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının çərşənbə günü, martın 13-də axşam yaydığı məlumatda deyilir ki, Müdafiə Qüvvələrinin aviasiyası düşmənin hərbi texnikası, silahları və canlı qüvvəsinin cəmləşdiyi yeddi əraziyə zərbələr endirib.

...Zərbələr nəticəsində bir ədəd X-31 raketi Ukraynanın hava hücumundan müdafiə qüvvə və vasitələri tərəfindən məhv edilib.

Bununla yanaşı, ruslar bir sıra istiqamətlərdə Ukrayna əsgərlərinə hücum etməyə çalışıb və layiqli cavab alıblar. Ukrayna tərəfinin yazdığına görə, ruslar artıq davamlı olaraq böyük itkilər verməkdədirlər.

...Genişmiqyaslı işğalın başlanmasından bəri rusların ümumi itkiləri artıq təxminən 426.870 nəfəri keçib.

...Ukrayna tərəfi xatırladır ki, bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin Donetsk vilayətinin Nevelskoye kəndinin guya ruslar tərəfindən alındığı barədə dedikləri həqiqətə uyğun deyil.

Döğrudur, ruslar kəndi almağa cəhd ediblər, amma ciddi itkilərlə geri çəkilməyə məcbur ediliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə