İsveçrə Ukraynaya minatəmizləmə avadanlıqları bağışladı

İsveçrə Ukraynaya minatəmizləmə avadanlıqları bağışladı

...Neytral statusuna görə Ukraynaya silah ixrac etməyən və anti-Rusiya sanksiyalarını dəstəkləyən İsveçrə Ukraynaya humanitar minatəmizləmə və yanğının söndürülməsi üçün vəsait, eləcə də tibbi ləvazimat göndərib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət bildirib.

İsveçrə Federal Şurası qeyd edib ki, bu materialları daşıyan üç yük maşınından birincisi artıq Kiyevə gəlib.

Federal Xarici İşlər Departamenti tərəfindən maliyyələşdirilən tədarükün dəyəri təqribən 900 min frank və ya 1 milyon dollardan çoxdur.

Yük maşınları üçün ehtiyat hissələri, yanğınsöndürmə texnikası, yanğınsöndürən köpük, qoruyucu geyim, tibbi əlcəklər və peyvənd dəstləri də Kiyevə verilir.

Xatırladaq ki, 2023-cü ildə İsveçrə Ukraynaya yanğınsöndürən maşınlar və təcili yardım maşınları göndərmişdi.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, İsveçrə açıq şəkildə anti-Rusiya mövqeyinə görə Ukraynada neytral vasitəçi ola bilməz.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə