...Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, ölkə hakimiyyəti qadınları orduya çağırmaq imkanını nəzərdən keçirir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Bu barədə nazir mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkə hakimiyyəti bütün çağırış sistemini yenidən qurmağa hazırlaşır. Qadın və kişilərin bərabər şərtlərlə hərbi xidmətə çağırılacağı gözləntiləri ilə qadınların hərbi xidmətə çağırılması gələcək dəyişikliklərin bir hissəsi ola bilər.
...Bu, cinsindən asılı olmayaraq, bütün gənclərin hərbi xidmətə çağırılacağı deməkdir.
Poulsen deyib bunu.
...Hakimiyyət orqanları hərbi xidmətə çağırılan qadınlarla yanaşı, xidmət stajını 4 aydan 11 aya çatdırmağı, həmçinin çağırışçıların sayını 4,7 min nəfərdən 5 min nəfərə çatdırmağı planlaşdırır.
Təşəbbüs qəbul olunarsa, 2026-cı ildə qüvvəyə minəcək. Bundan əvvəl Danimarkanın baş naziri bildirmişdi ki, ölkə hakimiyyət orqanları ÜDM-in 2,4 faizini müdafiəyə xərcləməyi planlaşdırır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB