Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın terrorla mübarizədə əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün sabah İraqın paytaxtı Bağdada gedəcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında bildirib ki, martın 14-də Bağdadda keçiriləcək Türkiyə-İraq Təhlükəsizlik Zirvə toplantısında təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri prioritet gündəm mövzusu olacaq.
Ö.Keçeli terrorla mübarizədə "ortaq anlaşmanın inkişaf etdirilməsi" və bu istiqamətdə atılacaq konkret addımların da müzakirə mövzusu olacağına diqqət çəkib.
Öncü Keçeli son zirvə toplantısında verilən və “PKK-nın hər iki ölkə üçün ortaq təhdid" olaraq təyin edildiyi açıqlamanı xatırladaraq, terror təşkilatı PKK-nın İraq rəsmiləri tərəfindən ortaq təhdid olaraq təsvir edilməsini "İraq tərəfində PKK ilə mübarizə əzminin inkişaf etməyə başladığının bir işarəsi" gördüklərini ifadə edib.
Digər tərəfdən, Ö.Keçeli İraqda təbii qaz ehtiyatlarının inkişaf etdirilməsi və beynəlxalq bazarlara daşınması üçün enerji ilə bağlı müzakirələrin aparılacağını bildirib.
Keçeli xatırladıb ki, İraq-Türkiyə Neft Kəməri bir müddətdir bağlanıb:
"Biz keçən ilin oktyabrında bu boru kəməri ilə daşımaların başlaya biləcəyini və bizim üçün heç bir problem olmadığını demişdik. Bununla belə, İraq tərəfinin hələlik daşımalara başlamağa hazır olmadığını anlayırıq".
Öncü Keçeli İraqdakı bütün tərəflərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində razılığa gələcəyinə ümid etdiklərini və boru kəmərinə neft daşınmasının yaxın zamanda başlayacağını bildirib.
“VII Türkiyə-ABŞ Strateji Mexanizm Görüşü” çərçivəsində ABŞ-a səfərinə də toxunnan Ö.Keçeli "Terrorla mübarizə sahəsində ABŞ-a çox açıq mesajımız oldu. PKK/YPG və FETÖ ilə bağlı gözləntilərimizi onlara açıq şəkildə çatdırdıq. Müttəfiq ölkənin ölkəmizin təhlükəsizliyini hədəf alan terror təşkilatları ilə əməkdaşlıq etməsinin əsla qəbuledilməz olduğunu bildirdik" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



