Dünən, SİA-nın da xəbər verdiyi kimi Rusiya sərhədini pozduqdan sonra rus könüllüləri Kreml rejiminin zirehli texnikasını məhv etməyə davam edir.
Bu arada “Sibir batalyonu” Telegram-da Belqorod vilayətinin Qorkovski kəndi yaxınlığında BRM-1K-nın məhv edilməsini əks etdirən video yayımlayıb.
Qeyd edək ki, hazırda Rusiya ərazisində olan “Rusiya Azadlığı” legionunun döyüşçüləri partizan fəaliyyətlərini davam etdirirlər.
Yeri gəlmişkən, 26 yanvar 2023-cü ildə keçmiş rus ordusunun zabiti Vladislav Ammosov ilk dəfə Ukrayna Silahlı Qüvvələrinin Xarici Legionunda Saxa silahlı birləşməsinin yaradılmasını qeyd etmişdi.
3 may 2023-cü ildə Mülki Şura Sibir, Uzaq Şərq sakinləri və ideoloji səbəblərə görə Rusiya Könüllülər Korpusuna qoşulmaq istəməyən digər rusların daxil olacağı “Sibir Batalyonu”nun yaradıldığını elan etdi.
Hazırda Ukrayna tərəfində döyüşən Rusiyadan olan könüllülər birliyi Beynəlxalq Legionun bir hissəsidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB