Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbi personal göndərilməsinin mümkünlüyü ilə bağlı sözləri Kiyevin müttəfiqlərinin bu ölkəni “parçalamağa” başladığını göstərir.
...Makron və digər NATO siyasətçilərinin Ukrayna ərazisinə kontingentlərin yeridilməsi ehtimalı ilə bağlı verdiyi bütün bu bəyanatlar onların nöqteyi-nəzərindən Ukraynanın bölünməsi ilə bağlıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu brifinqdə deyən Zaxarova hesab edir ki, “...bu həm də Ukraynanı NATO-ya tamhüquqlu üzv kimi daxil etmək istəməməsi ilə bağlıdır”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, Qərb müttəfiqləri “Ukraynanı işğal etməyə, onu bölməyə hazırdırlar”.
Maraqlıdır ki, TASS Qərb ölkələri siyasətçilərinin bu barədə artıq açıq danışdıqlarını da bildirib.
Zaxarovanın sözlərinə görə, hazırda NATO ölkələri və Ukrayna əhalisinin bu ssenariyə “mənəvi hazırlığı” başlayır. Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB