ABŞ Ukraynaya daha uzun mənzilli ATACMS raketlərini (165-dən 300 km-ə qədər) göndərə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” Amerika rəsmilərinə istinadən yazır.
KİV Ukrayna Silahlı Qüvvələrinə Krıma zərbələr endirməyə icazə verəcəklərini yazır. Eyni zamanda, rəsmilər ABŞ lideri Cozef Baydenin belə bir tədarükü təsdiq edib-etməyəcəyini hələ bilmirlər.
Qeyd edək ki, əvvəllər Vaşinqton Kiyevi bu cür raketlərlə təmin etməkdən imtina edərək, ABŞ-ın öz ehtiyaclarını ödəmək üçün onlara ehtiyac olduğunu israr edirdi.
Lakin indi, medianın qeyd etdiyi kimi, ABŞ öz ehtiyacları üçün yeni yüksək dəqiqlikli PrSM raketlərindən istifadə edərsə, təchizat variantı istisna edilmir.
Reuters agentliyinin məlumatına görə, ABŞ hazırda Ukraynaya 400 milyon dollara qədər yeni hərbi yardım paketi üzərində işləyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB