Putin Rusiyanın nüvə müharibəsinə hazır olduğunu deyir...

Və o, nüvə triadasından istifadə şərtlərini açıqlayıb...
Putin Rusiyanın nüvə müharibəsinə hazır olduğunu deyir...

...Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır, lakin Ukraynadakı hərbi münaqişə zamanı nüvə silahından istifadə etmək niyyətində deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

...Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. Bu gün bizim nüvə qüvvələrimiz daim döyüş hazırlığı vəziyyətindədirlər

Qeyd edək ki, Putin bunu rusiyalı təbliğatçı Dmitri Kiselevlə müsahibəsində bildirib.

Onun sözlərinə görə, indiyədək Ukraynaya qarşı müharibədə taktiki nüvə silahından istifadəyə ehtiyac olmayıb.

Kiselevin bunun belə bir fikrin onun ağlına gəlməməsi demək olduğunu aydınlaşdıran sualına Rusiya Federasiyasının Prezidenti belə cavab verib: "Xeyr, amma niyə?"

Bununla belə, Putin vurğulayıb ki, əgər söhbət Rusiya dövlətinin mövcudluğundan, onun suverenliyinə və müstəqilliyinə vurulan zərərdən gedirsə, Rusiya nüvə silahından istifadə edəcək.

...Strategiyamızda hər şey yazılıb, biz onu dəyişməmişik.

Bunu da prezident əlavə edib.

...Rusiya nüvə üçlüyü “dünyanın ən müasiridir”, deyən Putin Birləşmiş Ştatların da öz nüvə qüvvələrini inkişaf etdirdiyini istisna etməyib.

...Əgər onlar nüvə sınaqları keçirsələr, o zaman Rusiya da bunu edəcək.

...ABŞ-ın nüvə sınaqlarının keçirilməsi ehtimalı onunla bağlıdır ki, yeni döyüş başlıqları meydana çıxanda, bəzi ekspertlərin fikrincə, onları yalnız kompüterdə sınaqdan keçirmək kifayət deyil, onların təbii formada sınaqdan keçirilməsi lazımdır.

Bu fikirləri də Putin səsləndirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə