ABŞ prezidenti Co Bayden və sabiq prezident Donald Tramp Corciya, Missisipi və Vaşinqton ştatlarında keçirilən praymerizdə partiyalarının prezidentliyə namizədi olmaq üçün lazımi nümayəndə sayına çatıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki adın ABŞ prezidentliyi yarışında rəqib olacağı bəlli olub.
Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri üçün geri sayma davam edərkən, Corciya, Missisipi və Vaşinqton ştatlarında keçirilən ilkin seçkilərin nəticələri bəlli olmağa başlayıb. Bayden və Trampın namizədliyinin bu yay keçiriləcək milli partiya qurultaylarından sonra rəsmiləşəcəyi öyrənilib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB