...Vaşinqtonun Ukraynaya qoşun yeritmək planı yoxdur.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, Vaşinqton Ukraynaya hərbi personal göndərməyi planlaşdırmır.
Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qərb ölkələri başçılarının Ukraynaya qoşun yeritmək imkanını müzakirə etdiklərini, lakin bu məsələ ilə bağlı hələlik razılığa gəlmədiyini bildirmişdi.
Eyni zamanda, bundan dərhal sonra bəzi ölkələr öz ordusunu Kiyevə göndərməyəcəklərinə əmin olmağa tələsdilər. Xüsusən də Berlin, Vaşinqton və Londonda bu barədə danışılıb.
NATO-nun baş katibi Yens Stoltenberq də oxşar bəyanatla çıxış edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB