Ukrayna MDB çərçivəsində üç sazişdən çıxıb

Ukrayna MDB çərçivəsində üç sazişdən çıxıb

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində mütəşəkkil cinayətkarlıqla mübarizə səylərinin əlaqələndirilməsini nəzərdə tutan üç sazişdən çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

“Ukrayna Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının qərarlarından, dəqiq desək, 24 sentyabr 1993-cü ildə Moskvada imzalanmış “Mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizə üzrə Koordinasiya Bürosu haqqında” qərardan, 2005-ci il noyabrın 25-də Moskvada imzalanmış “Mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu haqqında Əsasnamə haqqında” qərardan və 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda imzalanmış “Mütəşəkkil cinayətkarlıqla və cinayətin digər təhlükəli növlərinə qarşə mübarizə üzrə Koordinasiya Bürosu haqqında Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi haqqında” qərardan çıxıb”, – o, teleqram kanalında yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə