Əl Ərəbiyyə: “Həmas Qəzzada ABŞ-ın atəşkəs təşəbbüsü ilə razılaşıb”

Əl Ərəbiyyə: “Həmas Qəzzada ABŞ-ın atəşkəs təşəbbüsü ilə razılaşıb”

Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Qəzzada atəşkəs və məcburi köçkünlərin tədricən geri qayıtması təşəbbüsü ilə razılaşıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ-ın irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və köçkünlərin mərhələli şəkildə geri qaytarılmasını nəzərdə tutur.

“Politico” daha əvvəl yazmışdı ki, Təl-Əviv Qəzza zolağında quru əməliyyatını anklavın cənubundakı Rəfah şəhərinə qədər genişləndirsə, ABŞ prezidenti Cozef Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmağı düşünə bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə