Nikol şərt qoyur..?

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi blokun rəhbərliyinin Ermənistan ərazisindəki məsuliyyət zonasını müəyyən etməsə, onu tərk edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Nikolun sözlərini Aysor portalı sitat gətirir.

Baş nazirin sözlərinə görə, KTMT-də heç kim Ermənistana Ermənistan-Azərbaycan sərhədinin harada olması barədə məlumat verməyib. Eyni zamanda təşkilat İrəvanı əmin edib ki, orada sülhməramlılar yerləşdiriləcək. Amma təfərrüatlar verilməyib. Ona görə də Paşinyanın sözlərinə görə, Ermənistan blokun onun ölkəsinin maraqlarını nəzərə almaması səbəbindən KTMT-dən çıxmağa hazırdır.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan demişdi ki, İrəvan Avropa İttifaqına üzv olmaq istəyir. Onun sözlərinə görə, Qərb ölkələri ölkədə demokratik islahatların aparılması üçün əllərindən gələni edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə