Xərclər azaldılıb: ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
...ABŞ Ukraynaya 400 milyon dollar dəyərində yeni yardım paketi hazırlayır. SİA xəbər verir ki, bu barədə adı açıqlanmayan rəsmilərin bəyanatına istinadən beynəlxalq “Reuters” agentliyi məlumat yayıb.
...Birləşmiş Ştatlar Ukraynaya 400 milyon dollarlıq silah yardımı paketi hazırlayır.
Bunu, dediyimiz kimi, media xəbər verir.
Kiyev rejiminə dəstək üçün növbəti tədbirlərin martın 12-də açıqlanacağı gözlənilir. Qeyd edək ki, bu paket son aylarda ilk olacaq.
Bundan əvvəl Coz Bayden və onun administrasiyasının başçılıq etdiyi ABŞ səlahiyyətliləri Konqresə 60 milyard dollar məbləğində yardım göstərsələr də, təşəbbüs heç vaxt təsdiqini tapmayıb.
Daha sonra respublikaçı konqresmenlərin bir hissəsi Ukraynaya kredit şəklində verilə biləcək yardım paketinin göndərilməsini təklif ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB