Haitinin baş naziri Ariel Henri ölkədə geniş iğtişaşlar fonunda istefa vermək qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Associated Press” yayıb.
Hökumət başçısının sözlərinə görə, ölkə üçün canını qurban verməyə dəyər bir məqsəd yoxdur.
Henri deyib ki, hökuməti artıq küçələrdəki xaosu seyr etməyə dözə bilməz. O, vəzifəsindən istefa vermək və səlahiyyətlərini başqasına vermək qərarına gəlib.
Eyni zamanda, yeni hökumət bütün hakimiyyət rıçaqlarını alana qədər ölkədə keçid şurası yaradılacaq.
Baş nazir qonşu Yamaykada Karib İcmasının nümayəndələri ilə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken arasında keçirilən görüşdən bir neçə saat sonra xalqa müraciət edib. Bu sammitdə Haitidəki daxili siyasi proseslər məsələsi də müzakirə olunub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB