Rusiya ermənilərdən bildiriş alıb: “Zvartnots”dan çıxın...

Bundan əvvəl İrəvan Moskvadan Rusiya təhlükəsizlik qüvvələrinin "Zvartnots" hava limanından çıxarılmasını tələb edib
Rusiya ermənilərdən bildiriş alıb: “Zvartnots”dan çıxın...

Rusiya Federasiyası Ermənistan hakimiyyətindən Rusiya sərhədçiləri və kəşfiyyatçılarının Yerevanın “Zvartnots” hava limanından çıxarılması ilə bağlı rəsmi bildiriş alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərini “Kommersant” sitat gətirir.

Kreml nümayəndəsi bildirib ki, Ermənistan Rusiya hakimiyyətinə departament xarakterli məktub göndərib. İndi bu mövzuda ölkələr arasında dialoq var, Peskov yekunlaşdırıb.

Xatırladaq ki, martın əvvəlində Ermənistan Rusiyadan sərhədçilərin “Zvartnots” hava limanından çıxarılmasını tələb etmişdi.

Daha sonra Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İrəvan hava limanında sərhədə tamamilə yalnız Ermənistan təhlükəsizlik qüvvələri nəzarət etməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə