Budur, ilk rus avtomobili müsadirə olundu...

Budur, ilk rus avtomobili müsadirə olundu...

Demişdim axı,..bu olacaq!

Budur, Litva gömrüyü Rusiya nömrəli ilk avtomobilin müsadirə edildiyini bildirdi.

SİA “Sputnik Litva”-ya istinadən xəbər verir ki, hadisə Medininkay keçid məntəqəsində baş verib.

Gömrük əməkdaşlarının məlumatına görə, martın 11-də saat 23:00 radələrində Moldova vətəndaşı Rusiya dövlət nömrə nişanlı “Audi Q7” markalı avtomobillə sərhədə gəlib. Həmin şəxs Belarusa tranzit səfər edirmiş. Məlum olub ki, əcnəbi avtomobilin sahibi rus qadındır.

Sürücüyə məlumat verilib ki, Rusiya dövlət nömrə nişanlı avtomobillərin Litva ərazisinə girişi qadağandır və bu, cərimə və müsadirə ilə nəticələnəcək.

İnzibati protokol tərtib edilib və qiyməti 41 min avrodan yuxarı olan avtomobil saxlanılıb.

Ehtimal ki, o, Ukraynaya veriləcək. Gömrükçülər sürücünün yeni qaydalardan xəbəri olmadığına dair izahatlarını nəzərə almayıblar.

Yeri gəlmişkən, TASS ötən həftənin sonunda Litvada ən azı 50 Rusiya nömrəli avtomobilin olduğunu bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə