Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının toplantısı keçirilir

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının toplantısı keçirilir

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının toplantısına start verilib.

SİA-nın əldə etdiyi məlumata görə, üzv ölkələrin ağsaqqallarının (məsləhətçilərinin) qatılacağı toplantıda Türkiyəni Şura sədri Binəli Yıldırım təmsil edir.

İclasda əvvəlki qərarlar müzakirə olunacaq və üzv dövlətlər arasında əməkdaşlığın artırılması yolları axtarılacaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının ağsaqqalları 15-ci dəfə bir araya gəlir.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov qonaqların ən yüksək səviyyədə yerləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Türkmənistanın Ümummilli Lideri və Ağsaqqalı Qurbanqulu Berdiməhəmmədovun ev sahibliyi edəcəyi ağsaqqallara rəsmi iftar süfrəsi veriləcək və Qurani-Kərim oxunacaq.

Şuranın iclasında təşkilatın əsas üzvü Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkə Macarıstanın göndərdiyi ağsaqqallar iştirak edir.

Ağsaqqallar ildə bir dəfə növbəti iclas keçirir və təşkilat rəhbərlərinə təqdim olunacaq hesabatlar hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə