Təyyarə qəzaları ruslar üçün adi hala çevrilib..?

Şoyqu İl-76-nın qəzaya uğradığını təsdiqləyib və səbəbini açıqlayıb...
Təyyarə qəzaları ruslar üçün adi hala çevrilib..?

Martın 12-də Rusiyanın İvanovo vilayətində rusların “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb. SİA-nın əldə etdiyi məlumata görə, təyyarə qəzası ilə bağlı məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

Bu barədə “obozrevatel.com” Rusiya mətbuatına istinadən xəbər verir.

Məsələ bundadır ki, ruslar daha bir hərbi təyyarə itkisi ilə bağlı internetdə əsl isterika yaradıblar.

“İl-76” təyyarəsinin göyərtəsində səkkiz ekipaj üzvü və yeddi sərnişinin olduğu qeyd edilir.

Bundan əlavə, Telegram kanallarında yazdıqları kimi, onların cəsədləri artıq qəza yerində tapılmağa başlayıb.

Rusiya Müdafiə Nazirliyi də bildirib ki, qəzaya səbəb təyyarənin qalxması zamanı mühərriklərdən birində baş verən yanğın olub.

Rusiya Aerokosmik Qüvvələri Ali Komandanlığının komissiyası artıq İvanovo aerodromuna uçub.

Maraqlıdır ki, deyilənlərə görə, ruslar təyyarə qəzası xəbərindən yaman qəzəbləndilər. Onlar iddia edirlər ki, rus pilotlarının uğursuzluğu bütün Rusiya ordusunu nüfuzdan salır. Bəziləri istehza ilə deyirlər ki, Rusiyada daha bir təyyarənin itirilməsi artıq xəbər deyil, pilotların ölümü kimi gündəlik hadisədir, hərçənd Rusiya Federasiyasında bunu susdurmağa çalışırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə