Rusiya bölgələri dron hücumuna məruz qalıb

Rusiya bölgələri dron hücumuna məruz qalıb

Martın 12-nə keçən gecə Rusiyanın ən azı altı bölgəsi dron hücumuna məruz qalıb. SİA xəbər verir ki, Belqorod, Voronej, Kursk, Moskva, Oryol və Tula vilayətləri təyyarə tipli dronlarla vurulub.

Oryol vilayətində neft bazasına da zərbə dəyib və yanacaqla dolu çən alışıb.

Bəzi bölgələrdə elektrik verilişi xətləri sıradan çıxdığından ərazilər işıqsız qalıb. Xəsarət alanların olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə