Hindistan ilk ballistik raketini sınaqdan keçirib

Hindistan ilk ballistik raketini sınaqdan keçirib

Hindistanın Baş naziri Narendra Modi bölünən döyüş başlığı olan “Agni-V” ballistik raketinin ilk uçuş sınaqlarının keçirildiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə bildirib.

“Biz yerli istehsal olan “Agni-V” raketinin ilk uçuş sınağına görə Müdafiə Tədqiqat və İnkişaf Təşkilatımızın alimləri ilə fəxr edirik”, – Modi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə