...Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin və Federasiya Şurasının üzvü Sergey Tsekov Krımın 1954-cü ildə RSFSR-dən Ukrayna SSR-ə verilməsini qanunsuz hesab etmək təklifi ilə çıxış ediblər. Onların hazırladıqları qanun layihəsi Dövlət Dumasının saytında dərc olunub.
SİA-nın “Sota”-dan əldə etdiyi məlumata görə, belə bir təklif mövcud qanunvericiliyi pozur, çünki tənzimləyici akt yalnız məhkəmədə etibarsız hesab edilə bilər.
Yeri gəlmişkən, Konstantin Zatulin son illərdə ən azı üç dəfə Krımın Ukraynaya verilməsinin ləğv edilməsinin vacibliyini bəyan edib. Belə ki, o, 2024-cü ilin fevralında, 2023-cü ilin aprelində və 2017-ci ilin noyabrında belə təkliflərlə çıxış edib.
Onu da qeyd edək ki, 2023-cü ilin yayında Zatulin Ukraynadakı müharibənin gedişatını kəskin tənqid edərək, xüsusi əməliyyatın məqsədlərinə kifayət qədər tez nail olunmadığını deyərək, daha sərt tədbirlərə çağırıb.
Çünki onun fikrincə, Ukrayna dövləti mövcudluğunu dayandırmalıdır.
…Və bildirək ki, öz şovinist baxışları ilə tanınan Konstantin Zatulin birinci çağırış Dövlət Dumasının deputatı olub. Artıq o vaxt o, millətçi və revizionist baxışlara sadiq qalmış, Krımın və Sevastopolun ərazi mənsubiyyətini mübahisələndirmişdi. Liviya məsələsində Rusiya rəhbərliyi ilə xarici siyasətdə fikir ayrılıqları olduğu üçün o, 2011-ci ildə Dövlət Dumasının komitə sədrinin müavini vəzifəsindən kənarlaşdırılıb və altıncı çağırış Dumaya seçilməyib, lakin buna baxmayaraq, o, 2016-cı ildən bu vəzifədə işləyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB