...Bu gün amerikalıların yalnız üçdə biri, yəni 37 faizi prezident Cozef Baydenin dünya liderləri arasında hörmətli olduğunu düşünür. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “The Hill” bununla bağlı bazar ertəsi dərc olunan Fevral Gallup sorğusunun nəticələrinə istinad edir.
Qeyd edək ki, bu rəqəm ötən ildən dəyişməsə də, amma 2021 (58 faiz) və 2022 (40 faiz) illələ müqayisədə xeyli azdır.
Eyni zamanda respondentlərin 58 faizi ABŞ liderinə hörmət edilmədiyini, 5 faizinin isə bu məsələ ilə bağlı heç bir fikri olmadığını bildirib.
Sorğunun nəticələrinə görə, amerikalıların yalnız 42 faizi digər ölkələrin Amerikaya mehriban davrandığına inanır.
Qeyd edilməlidir ki, bu, 2017-ci ilin fevralından bəri ən aşağı göstəricidir.
Baydenin prezidentliyinin ilk üç ilində ölkənin dünya səhnəsindəki mövqeyindən razı qalan amerikalıların sayı olduğu kimi, yəni 48-49 faiz civarında qalıb. Lakin son rəqəmlər bu rəqəmi 33 faizə endirib, çünki bəzi demokratlar hökumətin İsrailə dəstəyindən və onun Qəzza zolağındakı əməliyyatından narazıdırlar.
...Tipik olaraq, ABŞ-ın dünyada rolu ilə bağlı suala verilən cavablar respondentlərin partiya bölgüsünü əks etdirir. Belə ki, Respublikaçılar öz prezidentlərini daha yüksək və əksinə qiymətləndirirlər. Belə ki, orta hesabla demokratların 56, respublikaçıların 12, müstəqil seçicilərin isə 37 faizi Baydenin dövründə ölkənin vəziyyətindən razıdır.
Eyni şəkildə, Demokratların 76, respublikaçıların cəmi 9, və müstəqillərin isə 42 faizinin prezidentə dünya liderləri tərəfindən hörmət edildiyi bildirilib.
Xatırladaq ki, Trampın dövründə isə əksinə, respublikaçıların 71, demokratların 18, və müstəqillərin isə 18 faizi ABŞ-ın vəziyyətindən məmnun olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB