Qərb koalisiyasındakı parçalanma Putini sevindirir...

Fransa prezidenti Emmanuel Makron müttəfiqlərini Moskva ilə qarşıdurmada “qorxaq olmamağa” çağıranda kulminasiya nöqtəsi gəldi
Qərb koalisiyasındakı parçalanma Putini sevindirir...

...Rusiya təhlükəsi artdıqca, Avropa liderləri arasında mübahisələr davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Washington Post”-un köşə yazarı Li Hokstader yazır.

Onun sözlərinə görə, Vladimir Putini Ukraynaya dəstək üçün Qərb koalisiyasında parçalanmaları ifşa edən Avropa liderlərinin son ardıcıl səhvləri qədər heç nə sevindirə bilməz.

Deməli, köşə yazarının fikrincə, Vladimir Putini Ukraynaya dəstək üçün Qərb koalisiyasında parçalanmaları üzə çıxaran aparıcı Avropa liderlərinin son ardıcıl səhvləri qədər heç nə sevindirə bilməz.

Fransa prezidenti Emmanuel Makron müttəfiqlərini Moskva ilə qarşıdurmada “qorxaq olmamağa” çağıranda kulminasiya nöqtəsi gəldi. Nəticədə alman, fransız və ingilis rəsmiləri növbə ilə bir-birlərini düşünülməmiş şərhlərinə görə qınamağa başladılar.

...Müəllifin fikrincə, burada problem ondadır ki, bu ittihamlar Avropanın daha dərin strateji problemlərinə, o cümlədən zəif silahlı qüvvələrinə və ləng hərbi istehsala toxunmamaqla yanaşı, kiçik səhvlərə yönəlib.

Bütün bunlar isə Avropa ölkələri Soyuq Müharibədən sonra Rusiyanın yaratdığı ən təhlükəli...elə təhlükə ilə üz-üzədir.

İndi bu təhlükə Avropanı müdafiə xərclərini kəskin şəkildə artırmağa və qitənin ABŞ eləcə də digər silah təchizatçılarından asılılığını yenidən düşünməyə sövq edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə