Keçmiş yüksək rütbəli məmurlar Rusiyanı tərk edə bilməz?

Keçmiş yüksək rütbəli məmurlar Rusiyanı tərk edə bilməz?

Rusiya prezidenti Vladimir Putin dövlət sirlərinə çıxışı olan keçmiş yüksək vəzifəli məmurların Rusiyadan çıxışına məhdudiyyətlər haqqında fərman imzalayıb.

Bazar ertəsi hüquqi aktlar portalında dərc olunan sənədə əsasən, belə dövlət qulluqçularının ölkədən getməsi ilə bağlı qərarı Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədəd “The Moscow Times” yazır.

O, məmurun işlədiyi dövlət qurumlarından və ya “rejim-məxfi təşkilatlardan” “xüsusi əhəmiyyət kəsb edən məlumatlar və ya tamamilə məxfi məlumatlar” barədə məlumatlı olması barədə rəylər alacaq. Fərmandan belə çıxır ki, səyahətə qadağa qoyulması qərarı müəyyən müddətə verilə bilər, keçmiş məmurlara isə qısamüddətli səfərlərə icazə verilə bilər.

Qeyd edək ki, Putin, sənədə görə, komissiyanın işinə müdaxilə etmək və onun hökmlərini dəyişdirmək hüququnu özündə saxlayır.

...Rusiya Federasiyasının Prezidenti İdarələrarası Komissiyanın qərar qəbul etməsi üçün fərqli prosedur təyin edə bilər.

Bu da fərmanda deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə