General-leytenant Andrey Buliqa nazirə müavin təyin edilib

General-leytenant Andrey Buliqa nazirə müavin təyin edilib

General-leytenant Andrey Buliqa Rusiya Müdafiə Nazirliyinin ordunun maddi-texniki təminatına cavabdeh olan rəis müavini təyin edilib. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunur ki, təyinatla bağlı sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əvvəllər Buliqa Qərb Hərbi Dairəsi komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl bəzi rus saytları Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Nikolay Evmenovun istefaya getməsi ilə bağlı məlum olduğunu yazıb. Onun yerinə, mənbələrə görə, admiral Alexander Moiseev təyin edilib.

Evmenov 2019-cu ilin mayından Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsində çalışır. Moiseev 2019-cu ildən Şimal Donanmasına rəhbərlik edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə