Rusiyalı həkimlər “qan ağlayırlar”...

Onlar kütləvi şəkildə yüzlərlə dərman qıtlığından və tibbi ləvazimat çatışmazlığından şikayətlənirlər
Rusiyalı həkimlər “qan ağlayırlar”...

Rusiyalı həkimlərin böyük əksəriyyəti dərmanların, o cümlədən dövlət həyati vacib dərmanlar siyahısına daxil edilmiş dərmanların satışdan yoxa çıxmasından, habelə müharibədən əvvəl xaricdən gətirilən tibbi avadanlıqla bağlı problemlərdən şikayətlənir.

Həkimlərin 78,5 faizi dərman çatışmazlığından danışaraq, çatışmayan 400 adda, onların arasında 70-dən çoxunun həyati və vacib dərmanlar siyahısında olduğunu qeyd edərək, Rusiya Həkimlər Cəmiyyəti tərəfindən aparılan sorğunun nəticələrini göstəriblər

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 900-dən çox mütəxəssisin iştirak etdiyi araşdırmaya görə, ən kəskin problem antibiotiklərlə (amoksiklav, ampisilin, auqmentin, josamisin, klaritromisin, flemoklav, flemoksin), həmçinin antidepresanlar (amitriptilin, Zoloft) və şizofreniya xəstələrinə də təyin olunan antipsikotiklərlə (etosuksemide, gabapentin) bağlıdır.

Bundan əlavə, həkimlər təzyiq dərmanlarının, peyvəndlərin və Nurofen də daxil olmaqla əsas antiinflamatuar dərmanların çatışmazlığını görürlər.

Anestezioloqlar anesteziya ehtiyatlarının çatışmazlığından xəbər verirlər. Həkimlərin yarıdan çoxu, yəni təqeibən 52 faizi tibbi avadanlıqla bağlı problemləri qeyd edir: KT, MRT, ultrasəs və mexaniki ventilyasiya cihazları kifayət deyil və mövcud avadanlıq üçün ehtiyat hissələri almaq çətindir.

Həkimlərin demək olar ki, üçdə ikisi – 64 faizi etiraf edir ki, onların işinə sanksiyalar təsir edib, buna görə Rusiyada dərman çatışmazlığı yaranıb, mütəxəssislər xarici həmkarları ilə elmi mübadilədən kənarlaşdırılıb, xəstəxanalar yüksək dərman almaq imkanını itirib.

Məsələ bundadır ki, problem Səhiyyə Nazirliyi səviyyəsində də görünür: ötən ilin sonunda əsas antiseptiklər, ağrıkəsicilər, hormonlar və peyvəndlər də daxil olmaqla 158 dərman preparatlarının dövlət reyestrinin qapalı hissəsinə daxil edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə