Fransa polisi fermerlərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Fransa polisi fermerlərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Fransanın Bordo şəhərində fermerlərin növbəti etiraz aksiyası keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, şəhər şurasının iclası zamanı fermerlər Bordonun mərkəzində traktorlarla keçid ediblər. Onlar otelin və bələdiyyənin qarşısına peyin və işlənmiş şinlər boşaldıblar. Şəhərin mərkəzində nəqliyyatın hərəkətində fasilə yaranıb.

Polis aksiyaçıların şəhər şurasının binasına daxil olmasına mane olub. Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Saxlananlar barədə dəqiq məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə